Qarabağ şairinin yaradıcılığı Rusiya ədəbi portalında

Rusiyanın populyar “author.today” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi, Qarabağ xanlığının hökmdarı İbrahimxəlil xanın qızı, Fətəli şahın xanımı Ağabəyim Ağanın həyatı və yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

Bu barədə SİA-ya Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Qeyd edək ki, daim yenilənən portal mütəmadi olaraq öz səhifələrində Xaruki Murakami, Xorxe Luis Borxes, Anna Axmatova kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.

Bütün xəbərlər Facebook səhifəmizdə