Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Həsən bəy Zərdabi”, “Qızıl qələm” mükafatları laureatı, şairə Təranə Cəbiyevanın şeirlərindən ibarət “Vətənin keşiyində” albomu işıq üzü görüb.
SİA-nın məlumatına görə, albomda müəllifin Vətənə, Ali Baş Komandana, əsgərlərimizə və Şuşaya həsr etdiyi şeirləri toplanıb.
Albomdakı şeirləri bədii qiraət ustası Əlizaman İlknur səsləndirib. Diskin hazırlanmasında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirovun, Vaqif Mustafazadənin və gənc bəstəkar E.Şahinin musiqilərindən istifadə olunub.
Qeyd edək ki, Təranə Cəbiyeva bir çox kitabların müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB