“Digitalart-lab” layihəsinin növbəti qonağı sənətşünas Mehbarə Abbasova olacaq

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 8-də sənətşünas, kurator Mehbarə Abbasova ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.

SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehparə Abbasova “Rəqəmsal incəsənət tarixinə qısa ekskursiya” mövzusunda mühazirə ilə çıxış edəcək.

Xatırladaq ki, sentyabr ayından start verilən “Digitalart-lab” layihəsi ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədilə həyata keçirilir.

Mehbarə Abbasovanın “Digitalart-lab” layihəsində çıxışını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə