Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycanın inciləri haqqında silsilə informasiya məktubları hazırlamağa davam edir.
Hazırladığı informasiya məktubları ilə mədəni irsimizi tanıdan kitabxana Azərbaycanın ən dəyərli musiqi alətlərindən olan kamança ilə bağlı məlumat toplamışdır.
Kitabxanadan SİA-ya bildirilib ki, təqdim edilən informasiya məktubuna “Kamança”, “Kamançanın digər adları”, “Kamançanın tarixçəsi”, “Kamançanın növləri”, “Orta əsrlər Azərbaycanında kamança” və “Kamançanın müalicəvi əhəmiyyəti” bölmələri daxildir.
İnformasiya məktubunda mövzularla əlaqədar fotolar da yer alır.
Qeyd edək ki, 2017-ci ilin dekabrın 7-də Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
İnformasiya məktubu aşağıdakı linkdə verilib:
http://yasamal.cls.az/front/files/libraries/81/documents/266682688.pdf
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB