“Türkvizyon”- Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi məlum olub
Bu il yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən “Türkvizyon”- Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi məlum olub.
SİA-nın məlumatına görə, ukraynalı Qaqauz türkü Nataliya Papazoğlu “Tikanlı yol” mahnısına görə 226 səslə birinci yerə layiq görülüb.
İkinci yerdə Rusiya (Saxa Yakutiya), üçüncü yerdə isə Bosniya və Herseqovina qərarlaşıb. Azərbaycan 5, Türkiyə isə 12-ci yeri tutub.
Türkiyənin Türk Musiqi Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa, Rumıniya və digər ölkələr olmaqla 26 təmsilçi iştirak edib. Qalibləri də 26 nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirib.
Qeyd edək ki, müsabiqədə ən çox təmsilçi Rusiyadan qatılıb, moskvalı iştirakçı ilə bərabər Saxa Yakutiya, Tuva, Tümen, Tatarıstan, Noqay, Hakasya, Başqırdıstan türkləri müsabiqədə yer alıb.
Müsabiqənin xüsusi “Tamaşaçı rəğbəti” mükafatı Azərbaycan xalq mahnısı “Sarı gəlin” ifasına görə polşalı ifaçıya verilib.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanıb.
TMB TV-dən bildirilib ki, gələn il müsabiqə Azərbaycanın Şuşa şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Bu, Rusiya iqtisadiyyatını məhv edəcək...”
İqtisadiyyat 20:24“Öpüş xəstəliyi” qızı necə öldürdü..?
Səhiyyə 20:13Rusiya dərmanların inkişafına xərcləri azaldır...
İqtisadiyyat 20:05Çin bu barədə susmağa çalışır...
İqtisadiyyat 19:25CNN: Kubada neft tükənib...
Dünya 19:14Rusların yarıdan çoxunun tətil üçün kifayət qədər pulu yoxdur...
İqtisadiyyat 19:05Paytaxtda yeni işıqforlar istifadəyə verilib
Sosial 16:36Kimlərə "narsist" deyirik? - PSİXOLOQ AÇIQLADI
Sosial 16:26Bəzi rayonlarda intensiv yağış, qar yağacaq
Sosial 16:24Tarixin amansız soyqırımları - TƏHLİL
Siyasət 16:09Maliyyə Nazirliyində İctimai şura üzvləri ilə görüş keçirilib
İqtisadiyyat 15:53Bakıda iki müntəzəm marşrut üzrə avtobuslar yenilənir
İqtisadiyyat 15:50AFFA İntizam Komitəsi "Zirə"ni cərimələyib
İdman 15:47İnsulin balansı və sağlamlıq riski
Səhiyyə 15:32Azərbaycanda iki yeni institut yaradılıb
Təhsil 14:59Makronun Afrika uğrunda savaşı - RAKURS
Siyasət 14:33İranın Hörmüz iddiası - RAKURS
Siyasət 14:06Tehran qonşularını incidib - AKTUAL
Dünya 13:54Tramp-Si görüşü - DETALLAR
Dünya 13:40Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb
Mədəniyyət 12:45TƏBİB-in İcraçı direktoru vətəndaş qəbulu keçirəcək
Siyasət 12:43Sabah 30 dərəcə isti olacaq
Sosial 12:40Tramp Çini Putindən və İrandan “qoparmağa” çalışır...
Siyasət 12:36Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır - VİDEO
Mədəniyyət 12:35ADY: Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq
İqtisadiyyat 12:06Azərbaycan Tibb Universitetində görüş keçirilib
Səhiyyə 11:35Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
Siyasət 11:29Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
Mədəniyyət 10:55Xor, vokal və balaban ixtisasları üzrə tədris proqramları yenilənib
Mədəniyyət 10:53Laçın və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
Sosial 10:50Xəyali zəng sindromu
Sosial 09:58Azərbaycan nefti cüzi ucuzlaşıb
İqtisadiyyat 09:33Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9916
-0,17%
-
GBP
2,2998
-0,04%
-
RUB
2,2989
-0,17%

.jpg)

