Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Ər-Toğrul Kamalov İkinci Qarabağ müharibəsi zamanı informasiya sahəsində apardığı mübarizəyə və arxa cəbhədəki aktiv fəaliyyətinə görə "Voice of Karabakh" ("Qarabağın səsi") sosial platformasının təsisçiləri tərəfindən "Təşəkkürnamə" ilə mükafatlandırılıb. SİA-nın məlumatına görə, bu barədə "Qarabağın səsi" layihəsinin təsisçilərindən olan Aqşin Hüseynli platformanın sosial şəbəkə hesablarında məlumat verərək onu "Ən gənc fəal" adlandırıb.

Ər-Toğrul Kamalov da ona göstərilən diqqət üçün layihə rəhbərliyinə minnətdarlığını bildirib və "Vətənim Azərbaycana xidmət edirəm!" şüarını paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB