Kitabxana şəhid gizir Şahin Qədirov haqda videoçarx hazırlayıb VİDEO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası İkinci Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizi tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz!” adlı layihəni davam etdirir.

SİA-nın məlumatına görə, təqdim olunan növbəti videoçarx şəhid gizir Şahin Bayram oğlu Qədirovun əziz xatirəsinə həsr olunub.

Videoçarxda gizirin həyatı haqqında məlumat Metodika və biblioqrafiya şöbəsinin müdiri tərəfindən səsləndirilir.

Vətən uğrunda şəhid olan gizir Şahin Qədirov 1990-cı il yanvarın 3-də Bakı şəhərində anadan olub. O, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikasının yubiley medalı” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalı ilə təltif olunmuşdur. 2016-cı ildə 4 gün davam edən Aprel döyüşlərində Lələtəpənin azad olunmasında xüsusi qəhrəmanlıq göstərib. Aprel döyuşlərində göstərdiyi igidliyə görə orden və medalla təltif olunub.

12 il XTQ - də gizir kimi xidmət edən Şahin Qədirov 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Oktyabrın 5-də Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə yaralı ola-ola vuruşan Şahin elə həmin döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Ailəli idi, 6 yaşında bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə