Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlama aparılmır

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, hal-hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.

Qeyd edək ki, Hesablama Palatası 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə