“Arşın mal alan”ın 100 illiyi YUNESKO çərçivəsində qeyd ediləcək
Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi YUNESKO çərçivəsində qeyd ediləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyinin qeyri-maddi mədəni irsin təbliği və təşviqi, mədəni müxtəlifliyinin qorunması sahəsindəki genişmiqyaslı fəaliyyətinin bir hissəsi kimi YUNESKO çərçivəsində qeyd edilməsi məqsədilə namizədliyi təqdim olunan Azərbaycan milli operasının banisi Ü. Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının 100 illik yubileyi 2012-2013-cü illərdə YUNESKO çərçivəsində ildönümü qeyd ediləcək siyahıya əlavə edilib.
Azərbaycan mədəniyyətini, musiqisini, mədəni və ümümbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu əsərin yubileyi ilə əlaqədar YUNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, YUNESKO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB