Bakı Şəhər Mədəniyyət Baş İdarəsi “9 May – Faşizm üzərində Qələbə günü” münasibəti ilə “Unutmadıq! Unutdurmarıq” adlı sosial videoçarxı təqdim edib. SİA-nın məlumatına görə, videoçarx Faşizm üzərində Qələbənin 75 illiyini dünyanı bürüyən koronavirus pandemiyası dövründə, sosial təcrid şəraitində evdə keçirən ahıl veteranlarımıza həsr olunub.
Əziz veteranlarımız, sizin döyüş yolunuz, II Dünya müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə göstərdiyiniz qəhrəmanlıqlar Azərbaycan tarixinin qızıl səhifələridir. Əsgər və zabitlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin, həkimlərimizin, sadə peşə sahiblərinin həmin dövrdə və bü gün ciddi karantin şəraitində nümayiş etdirdikləri fədakarlıqlar nəsillərə örnəkdir.
Videoçarx Baş İdarə ilə “Light in Black” şirkətinin birgə istehsalıdlr, rejissoru Nicat Qədimlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB