Mədəniyyət işçiləri II Dünya müharibəsi veteranlarını ziyarət ediblər FOTOLAR
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayon Mədəniyyət evinin kollektivi İkinci Dünya müharibəsinin iştirakçısı olmuş Yuxarı Kürdmahmudlu kənd sakinləri 95 yaşlı Yadulla Əliyev və Dadaş Əliyevi ziyarət ediblər. SİA-nın məlumatına görə, ziyarətçilər veteranları alman faşizmi üzərində qələbənin 75 illiyi münasibətilə təbrik edib, onların səhhəti ilə maraqlanıblar.
Mədəniyyət işçiləri veteranların daim diqqət mərkəzində olduğunu bildirərək onlara bayram sovqatı və xatirə hədiyyələri bağışlayıblar.
Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB