Gülzar İbrahimova: “Dünyanı sağalt” ŞEİR

Gülzar İbrahimova: “Dünyanı sağalt” ŞEİR

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tərəfindən həyata keçirilən “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar qələmə aldıqları əsərlərini təqdim etməkdə davam edirlər. SİA-nın məlumatına görə, Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi mükafatçısı, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülzar İbrahimova “Dünyanı sağalt” adlı yeni şeirini kitabxanaya virtual formada təqdim edib.

Yazıçı dahi Nizaminin kəlamı ilə başlamış olduğu şeirdə cahil insanla aqil insanın fərqini izah edir. O, elmə bələd olan kamil insanlara səslənərək pisliklərə dözməyən və zəhərlənən dünyamızı sağaltmağa, gözəlləşdirməyə çağırış edir. Dahi insanların “bəşəri xilas edən elm olacaq” fikri ilə razılaşan Gülzar İbrahimova kitab sevərlərə evdə qalıb mütaliə edərək dünyanı gözəlləşdirən xəzinənin bir parçası olmağı tövsiyə edir.

Beş bənddən ibarət olan “Dünyanı sağalt” adlı şeir oxuculara təqdim olunur, bununla yanaşı rəngli formatla, maraqlı şəkillərlə olan versiyanı isə linkə daxil olub pdf formasında oxumaq olar.

Link aşağıda qeyd olunub: http://yasamal.cls.az/front/files/libraries/81/documents/411526852.pdf

&&&& &

Dünyanı sağalt

Çox iti zehinlər oldular yatan,

Axırda saxsı qab oldular satan,

Dahi Nizami o vaxt belə deyib,

Heç indi də bu kəlam köhnəlməyib.

Cahil insan kitabla dostluq etməz,

Aqil insan kitabdan ayrı düşməz.

Müdriklər getdiyi yolla sən də get,

Həmişə yaxşı ol və yaxşılıq et!

Övladım! Dünyamız pis xəstələnib,

Pisliklərə dözməyib zəhərlənib,

Oxu, öz elminlə dünyanı sağalt,

Gözəlləşsin yenə bizim Kainat!

Sözdən yığıb Hikmət yaradıb

Belə deyib dünyanın dahiləri

Hikmət xəzinələri yaradanlar

Yalnız elm xilas edər bəşəri

Bu kəlmələr dahilərdən gəliblər

Kitabı sevənlər belə deyiblər,

Nə qədər kitabdan aralı gəzsək, evdə

Bu gün çətin olsa da evdə qalmaq,

Nə qədər çətin olsa da evdə oturaq.

Bütün xəbərlər Facebook səhifəmizdə