BMM onlayn mühazirələri davam etdirir

Beynəlxalq Muğam Mərkəzi (BMM) karantin rejiminin elan edildiyi ilk günlərdən mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələrək onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir. Mərkəzdən SİA-ya bildirilib ki, BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında məruzələri növbəli şəkildə BMM-nin “Unudulmayanlar” layihəsinin koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli təqdim edir.

Mühazirələrdə bu günə kimi görkəmli muğam ifaçıları Bülbülcan, Məşədi Məmməd Fərzəliyev, tar ifaçısı Mirzə Fərəc Rzayev, Seyid Şuşinskinin həyat və yaradıcılığından söz açılıb. Layihə izləyicilər tərəfindən maraqla qarşılanır. Diqqətə çatdırmaq istərdik ki, BMM-nin foyesində büstü qoyulan görkəmli muğam ustadları ilə bağlı mühazirələr davamlı olacaq.

Layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...