Virtual səyahətin növbəti məkanı haradır?

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Ölkəmizi tanıyaq” layihəsinin virtual formada davamlığını təmin edir. “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Quba, Bərdə, Xızı, Daşkəsən, Ucar, Samux rayonları və Gəncə şəhəri ilə bağlı videoçarxlar izləyicilərə təqdim olunub. SİA-nın məlumatına görə, layihə çərçivəsində növbəti tur Göyçay rayonunadır.

Təqdim olunan videoçarxda Göyçayın ərazi və əhalisi ilə bağlı ümumi məlumat verilib, rayonun təbiəti, bir-birindən maraqlı quruluşa malik olan muzeyləri, ziyarətgahları, müasir binaları, istirahət mərkəzləri və parkları ilə bağlı fotolar verilib. Göyçay rayonunun mətbəxi isə nardan hazırlanan yemək növləri (nar şərab, nar suyu, nardança və s.) ilə seçilir.

Videoçarxda Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən tarixi abidələr – Surxay qalası (XII-XVI əsr), Hacı Cəlil məscidi (XIX əsr),Yeraltı hamam (XIX əsr), Hz.Əbülfəz Əl-Abbas (ə) məscidi (XIX əsr), son illərdə inşa olunmuş xatirə abidələrdən – Azərbaycanın soyqırımına həsr olunmuş türk əsgərlərinə abidə, Soyqırımı Abidəsi, 20 Yanvar şəhidlərinə həsr olunmuş xatirə kompleksi, Əbədiyaşar ədiblər kompleksi, 1941-1945-ci il Vətən Müharibəsində həlak olan döyüşçülərə həsr olunan xatirə kompleksi fotolar sırasında öz əksini tapmışdır.

Videoçarxın davamında Məhəmməd Sadıq bəy Ağamzadə, Oqtay Maqsudov kimi göyçaylı generalların, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı kimi şair və yazıçıların, həmçinin digər görkəmli şəxsiyyətlərin fotolarını görmək mümkündür.

Videoçarx Xalq artisti İslam Rzayevin ifasında “Göyçay” mahnısı ilə müşayiət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...