Bakı Musiqi Akademiyasının magistrları konsert verib

Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Solo oxuma və opera hazırlığı” kafedrasının II kurs magistr tələbələrinin konserti keçirilib. SİA-nın məlumatına görə, tədbiri dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova açaraq konsert barədə məlumat verib, tələbələri tamaşaçılara təqdim edib.

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə tələbələr G.Hendelin “Yustinian” operasından Ariadnanın ariyası, T.Quliyevin “Lirik mahnı”, C.Puççininin “Bohema” operasından Müzettanın valsı, D.Volfun “İris” və Niyazinin “Arzu” romansı əsərlərini məharətlə ifa ediblər.

Sonda G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin direktor müavini Sədaqət İsmayılova maraqlı tədbir üçün BMA-nın rəhbərliyinə, müəllim və tələbə heyətinə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə