Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Viva opera” adlı qala-konsert olub

Dekabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Viva opera” adlı qala-konsert olub.

SİA xəbər verir ki, konsert teatrın aparıcı solistlərinin ifasında təqdim edilib.

Qala-konsertdə Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əkrəm Poladov, Əli Əsgərov, Əməkdar artistlər Afaq Abbasova, İnarə Babayeva, Səbinə Vahabzadə, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov, Əliəhməd İbrahimov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, teatrın solistləri Nina Makarova, Taleh Yahyayev və teatrın xor kollektivi iştirak ediblər.

Konsertdə C.Verdi, C.Puççini, J.Bize, C.Rossini, P.Çaykovski, P.Maskanyi, Q.Donisetti, V.A.Motsart, N.Rimski-Korsakov, J.Massne və digər bəstəkarların əsərləri səslənib.

Proqramı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı, Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev və teatrın simfonik orkestri müşayiət edib.

Qala-konsert operasevərlər tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə