Hakim Quliyevin yaradıcılığına həsr olunan tədbir keçirilib FOTOLAR
Sabirabad rayon Mədəniyyət Mərkəzində regional mədəniyyət idarəsinin təşkilatçılığı, Sabirabad rayon Tarix Diyarşünaslıq Muzeyinin və Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə sabirabadlı rəssam, Rəssamlar İttifaqı bədii fondunun üzvü Quliyev Hakim Musa oğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, sərgidə rəssamın portret, natürmort və mənzərə janrlarına aid 30-dək əsəri nümayiş olunub.
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov istedadlı rəssamın yaradıcılıq yoluna nəzər salmış və onun əsərlərini yüksək dəyərləndirdiyini söyləyib.
Sərgidə rayon mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Sərgi iştirakçılarına rəssamın əsərlərinin fotosurətləri əks olunmuş bukletlər paylanı.
Sonda rəssam Hakim Quliyev onun yaradıcılığına göstərilən diqqət və qayğıya görə tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB