Atatürk Mərkəzində “Mivarid Dilbazi Məclisi”nin təşkilatçılığı ilə keçmiş döyüşçü, şair Aidə Şirinin 60 illik yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri “Mirvarid Dilbazi Məclisi”nin sədri, şair-publisist Güllü Eldar Tomarlı açaraq Aidə xanımın keçdiyi döyüş yolu haqqında məlumat verərək ona yaradıcılığında və işlərində uğurlar arzulayıb.
Sonra filologiya elmləri üzrə fəlsəfə doktoru, şair Fəridə Ləman və başqaları çıxış edərək Aidə xanımı yubileyi münasibətilə təbrik edib və yaradıcılığından söhbət açıblar.
Şair Aidə Şirin tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə aşıq İlqar Qələmçəli Aidə Şirinin sözlərinə saz havası ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB