Bu gün Teatr Xadimləri İttifaqının tamaşa zalında "Aktrisa" bədii filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Mediya" prodüser mərkəzində istehsal olunan bədii filmin quruluşçu rejissoru Rövşən İsaxdır.
Kriminal-dram janrında çəkilən filmdə bir-birinin ardınca törədilən 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq inanır ki, bu qətllərin üstünün açılması bir parolun tapılmasından asılıdır.
Məlumat üçün bildirək ki, filmin ssenari müəllifləri İlqar Fəhmi və Rövşən İsax, quruluşçu-operatoru Rövşən Quliyev, bəstəkarları Vasif Arifoğlu, Nazim Əhmədov, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Vüqar Əmirov, montajçı İlham Məhərrəmov, icraçı prodüserlər isə Abdulnəsir Kutiyev və Rizvan Məmmədovdur.
Rollarda isə Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov və başqaları çəkiliblər. Filmin soundtrekini isə müğənni Röya ifa edib. Filmin təqdimatı maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB