“Qoca və Mələk” nümayiş olunacaq

“Qoca və Mələk” nümayiş olunacaq

Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında ən populyar tamaşalardan olan “Qoca və Mələk” tamaşasını noyabrın 10-da təqdim edəcək.

Teatrdan SİA-ya bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə