"Şəki şəhərini bu gündən etibarən göz bəbəyi kimi qorumalıyıq. Şəhərin memarlığını, adət-ənənələrini qoruyub saxlamalıyıq. Bu şəhər yalnız şəkililərə məxsus deyil. Şəki bəşəriyyətin bir incisidir". SİA-nın məlumatıba görə, bu fikirləri Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib. UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, biz dünya ölkələrinin tarixində iz saldıq.
Nazirin sözlərinə görə, artıq 1121 məkan UNESCO-nun Dünya Mədəni İrs siyahısında yer alır: " Azərbaycanın 3 məkanı bu siyahıdadır. Azərbaycanın 13 məkanı isə UNESCO-nun qeyri-mədəni irs siyahısındadır. Təyin olunan qrup Naxçıvan və Lənkərana səfər etdilər və bir neçə məkanla tanış oldular. Gələcəkdə bu ərazilər İrs Komitəsinə təqdim olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB