UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunmuş 1-ci Respublika Sənətkarlıq Festivalı münasibəti ilə Milli Kitabxanada Açıq “Azərbaycan Xalq Sənətkarlığı” adlı geniş kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev sərgi ilə tanışlıqdan sonra xalq sənətkarlıq incilərini əks etdirən belə dəyərli kitabların nəşrinin vacibliyini qeyd edib. Nazir “Azərbaycan xalçaları Qarabağ qrupu”, “Azərbaycan xalçaları İrəvan qrupu” kimi kitabların nəfis tərtibatda və müxtəlif dillərdə nəşr edilməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, sərgidə Azərbaycan xalq sənətkarlığının zəngin nümunələrini əks etdirən xalçaçılıq, toxuma və bədii tikmə, kəlağayı, milli geyim nümunələri, boyaqçılıq, dulusçuluq, xəttatlıq və digər incəsənət növlərinə dair Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB