UNESCO-nun sessiyası çərçivəsində layihələr keçirilir - FOTOLAR
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində layihələr davam edir. SİA-nın məlumatına görə, maraqla qarşılanan belə tədbirlərdən biri də ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı olub.
Festivalda respublikamızın paytaxtı və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. İnsanların festivala daha rahat gəlmələri üçün Nizami küçəsində açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil edilib. Tədbir festival-yarmarka və karnaval formasında keçirilib. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu festivalın keçirilməsi UNESKO-nun 43-cü sessiyasına təsadüf edir. Bu sessiyada 150 ölkəni təmsil edən 3 minə qədər qonaq iştirak edir.
İyulun 7-dək davam edəcək festival günlərində həm Bakı sakinləri, həm də şəhərimizin qonaqları burada təşkil edilən yarmarka ilə tanış ola, eyni zamanda, əl işlərini əldə edə biləcəklər. İnanıram ki, bu, sahibkarlar üçün də gözəl bir şansdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB