Bakı Xoreoqrafiya Akademiyasında bayram konserti keçirilib FOTOLAR
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni ilə həsr olunmuş bayram konserti keçirilib. SİA-nın məlumatına görə, Akademiyanın akt zalında təşkil olunan konsert başlamazdan öncə izləyicilərə tarixi hadisələr və görkəmli şəxsiyyətlər, eləcə də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr və həmrəylik gününün təsis edilməsi kimi məsələlri əhatə edən vətənpərvərlik mövzusunda videoçarx nümayiş edilib.
Daha sonra Akademiyanın İncəsənət fakültəsinin tələbələri bayram konsert proqramı ilə çıxış ediblər. Konsertdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Əməkdar artistlər Yuri Lobaçov və Nigar Rzayevanın təqdimatında “Tanqo” rəqsi, İncəsənət fakültəsinin I və III kurs tələbələrinin ifasında “Azərbaycan süitası”, “Sevgi valsı”, “Yeni il”, “Aylı rəqsi”, “Uzun dərə”, “Yallı” və digər rəqslər nümayiş edilib, əsərlər səsləndirilib.
Konsert proqramı tamaşaçılarda xoş əhval-ruhiyyə yaradaraq böyük coşqu ilə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB