Şuşa təşkilatının üzvləri və Qarabağın musiqi ictimaiyyəti ilə görüş keçirilib- FOTO
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında ittifaqın Şuşa təşkilatının üzvləri, həmçinin Qarabağın musiqi ictimaiyyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Şuşanın mədəniyyət və turizm idarəsinin rəisi Zahid Abbasov, Şuşa Musiqi məktəbinin direktoru Mirkamil Ağamirov, Şuşa təşkilatının sədri Rauf Əliyev, bəstəkarlar- Tahir Əkbər, Cəlal Abbasov və başqaları iştirak edib.
Tədbiri ilk olaraq ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə açaraq bildirib ki, bu təşkilat hər zaman çox fəal olub: "Vaxtilə Şuşada, Cıdır düzündə tez-tez tədbirlər keçirilirib. Ötən əsrin 70-ci illərində mərhum bəstəkarımız xalq artisti Süleyman Ələsgərovun təşəbbüsü ilə yaradılan Azərbaycan Bəstəkarlar İttifaqının Şuşa təşkilatı hazırda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Rauf Əliyevin rəhbərliyi altında Bakı şəhərində öz fəaliyyətini davam etdirir. Azərbaycan Bəstəkarlar İttifaqı bu təşkilatın fəaliyyətində yaxından iştirak edir və dəstəyini əsirgəmir. Ötən il may ayının 29-da Azərbaycan Bəstəkarlar İttifaqında Şuşa təşkilatının üzvləri, həmçinin Şuşa Musiqi Məktəblərinin müəllim-tələbə kollektivləri, onların valideynləri ilə görüş keçirilib".
Daha sonra Zahid Abbasov bildirib ki, bu dəfə keçirilən görüşün məqsədi musiqi bəstələməyə həvəsi olan istedadlı gənclərin üzə çıxarılması və Bəstəkarlar İttifaqında ittifaqın üzvləri tərəfindən onlara bəstəkarlıq dərslərinin keçirilməsini təmin etməkdir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB