11 saylı Musiqi Məktəbi Ulu Öndərin 95 illiyini konsert proqramı ilə qeyd edib
Azərbaycan Dövlət Filarmoniyasında 11 saylı 11 illik Uşaq Musiqi Məktəbinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, mədəniyyət və incəsənət nümayəndələri, musiqi məktəblərinin təmsilçiləri, valideynlər, 11 saylı Musiqi Məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəb şagirdlərinin ifasında təqdim olunan musiqi nömrələrini Xalq artisti Fəxrəddin Kərimovun drijorluq etdiyi orkestr müşaiyət edib.
11 saylı Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov çıxış edərək əvvəlcə tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib. Ulu Öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və mədəniyyət və ictimaiyyət nümayəndələrinə diqqət və qayğısından söhbət açıb: "Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Dahi rəhbər mədəniyyəti xalqın böyük sərvəti və iftixar mənbəyi hesab edirdi. “Fəxr edirəm ki, mən Azərbaycanlıyam”, – deyən ümummilli liderimiz Heydər Əliyev haqqında söz demək hər bir azərbaycanlıda iftixar duyğusu yaradır. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan mədəniyyəti və incəsənəti bütün sahələrdə uğurlu inkişaf yolu keçmişdir".
R.Məmmədov qeyd edib ki, mədəniyyətin özündə əməkdaşlıq, müxtəlif sivilizasiyalara qarşılıqlı hörmət, mehriban qonşuluq, müxtəlif xalqlara ehtiram kimi prinsipləri ehtiva etdiyini bizə Ümummilli Liderimiz öyrədirdi: "Dahi rəhbər deyirdi ki, xalq bir çox xüsusiyyəti ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir. Azərbaycan mədəniyyəti və incəsənəti zəngindir, çoxçalarlıdır. Mədəniyyət dedikdə muzeylərimiz, kitabxanalarımız, ədəbiyyatımız, folklorumuz, ana dilimiz, muğamımız, kinomuz, teatr sənətimiz, tarixi abidələrimiz, xalça sənətimiz, memarlığımız, təsviri incəsənətimiz, monumental heykəltəraşlığımız, miniatür sənətimiz və başqa sahələr göz önündə canlanır. Bu sahələrdən hər hansı biri haqqında danışanda ulu öndərin misilsiz xidmətlərini görürük. Milli və ümumbəşəri mədəniyyəti çox dərindən bilən xalqımızın böyük oğlu Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB