Bolqarıstanın Karcali şəhərində gənc rəssamların "Radiance-2010" (Parıltı-2010") adlı müsabiqəsi keçirilib.
SİA-nın məlumatına görə, Müstəqil Mədəniyyətlərarası Mübadilə və Təhsil İnstitutu tərəfindən təşkil olunan tədbirdə dünyanın 22 ölkəsindən 123 rəssam iştirak edib.
Artıq yeddinci dəfə keçirilən müsabiqənin builki mövzusu "Mənim xalqımın qədim kodları" idi.
Ölkəmizi bu mötəbər yarışmada təmsil edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndi müsabiqədə qalib gələrək "Radiance-2010" beynəlxalq mükafatına layiq görülüb.
Qeyd edək ki, tanınmış sürrealist rəssam Mehriban Əfəndinin Avstraliyada, Amerikada fərdi sərgiləri təşkil olunmuş, həmyerlimiz Hollandiyada, Portuqaliyada keçirilən beynəlxalq sərgilərdə iştirak edib.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilişə hazırlıq şöbəsinin rəisi işləyən Mehriban Əfəndi bir çox filmlərin rəssamı kimi tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB