Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Aleksandr Yakovleviç Şarovski “Şərəf” ordeni ilə təltif edilib.
Aleksanr Yakovleviç Şarovski 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət xarici dillər İnstitutunu bitirib.
1967-ci ildən QTT aktyoru, 1976-ci ildən S.Vurğun ad. Rus Dram teatrının aktyoru, 1991-ci ildən quruluşçu-rejissor, 1993-cü ildən teatrın baş rejissoru vəzifələrində işləyir.
Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurub. Onun aktyor rollarından: Don Quan (A.S.Puşkin "Kiçik traqediyalar"), Roland (D.Fletçer "Ukroşeniye ukrotitelya"), Rezo (L.Roseb "Premyera"), Eldar (R.İbrahimbəyov "Dom na peske"), Beriya (V.Korkiya "Moy bednıy Soso Cuqaşvili"), Şeyx Sənan (H.Javid "Şeyx Sənan"), Fərxad (S.Vurğun "Fərxad və Şirin"), Qenrix (U.Şekspir "Kral Lir"), Mexmandarov (M.İbrahimbəyov "Neft bumu") yaratdığı obrazları misal gətirmək olar.
A.Şarovski bundan başqa 4 filmdə çəkilmişdir. "Struktura momenta", "Qorxma, mən səninləyəm", "Prervannaya serenada", "Anekdot" kimi filmlərdə aktyor maraqlı rollar yaratmışdır.
Quruluşçu rejissor kimi fəaliyyəti yaradıcılığında "Leto i dım" T.Uilyams, "Xoçu kupit muca" M.Zadornov, "Lebedinaya pesnya" A.P.Çexov, "Kin IV" Q.Qorin, "Petlya" R.İbrahimbəyov, "Vtoroy vıstrel" R.Toma, "Çayka" A.P.Çexov, "Teatr" M.Freyn, "Ubiysa" Elçin, "Fərxad və Şirin" S.Vurğun kimi tamaşaları misal gətirmək olar.
1988-ci ildə A.Şarovski "Əməkdar artist", 1999-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
"Qızıl dərviş" və "Humay" mükafatları laureatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB