Bu gün Azərbaycan Dövlət Filarmoniyasında ziyalılar bir araya gəlib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar açıb: "Bu gün ölkə başçısı İlham Əliyevin yenidən prezident olaraq görmək istədiyimizi demək üçün biz ziyalılar bir araya gəlmişik. Çünki Cənab Prezidentin Azərbaycan mədəniyyəti üçün etdikləri danılmaz faktdır. O, prezident seçilmədən öncə onunla görüşüm olmuşdu. İlham Əliyev görüş zamanı bildirmişdi ki, əgər prezident olarsa, bundan sonra Azərbaycanda kitablar latın əlifbası ilə dərc olunacaq. Həqiqətən də İlham Əliyev prezident seçildikdən sonra sərəncam imzaladı və bütün kitablar latın əlifbası ilə nəşr olundu. Xüsusi ilə qeyd edim ki, Cənab Prezident mədəniyyətimizə hər zaman qayğı göstərib. Xalqımız yenidən İlham Əliyevə səs verərək, prezident olmasını dəstəkləyəcək".
Mərasimdə söz alan Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezident İlham Əliyevi hər zaman dəstəklədiyini bildirib: "Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısıdır. Ölkə başçısının musiqimizə verdiyi dəyər nəticəsində Azərbaycan musiqiləri Avropa ölkələrində tanınınr. Qarşıda bizi mötəbər tədbirlər gözləyir. Bu tədbirləri həyata keçirmək üçün də ölkə başçısı şərait yaradıb. Bu il Azərbaycanda baş tutacaq seçkilərdə səsimi İlham Əliyevə verəcəyəm".
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Prezidentin rəssamlara verdiyi dəyərlərdən söz açıb: "Mən inanıram ki, 2018-ci ildə baş tutacaq prezident seçkilərində xalq səsini İlham Əliyevə verəcək. Çünki onun gördüyü işlər danılmazdır. O, Ulu Öndər Heydər Əliyevin göstərdiyi düzgün yolla addımlayaraq, Azərbaycanı hər yerdə tanıdır. Ölkə başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan mərkəzə çevrilib. Onu da qeyd edim ki, İlham Əliyevin sayəsində rəsamların yaşayışı daha da yaxşılaşıb. Çünki 70 nəfər rəssam prezident təqaüdü alır".
Mərasimdə Memarlar İttifaqının sədri Elbay Qasımzadə də fikirlərini dilə gətirib: "Memarların adından bildirmək istərdim ki, biz bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində səsimizi İlham Əliyevə verəcəyik. Çünki o, Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanır və problemlərimizi həll edir. Ən əsası Cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan ölkələr arasında nüfuzlu yerdədir".
Tədbirdə danışan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Cənab Prezident İlham Əliyevə yenidən ölkə başçısı olaraq görmək istədiyini bildirib: "Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan kinosuna dəyər verib və kinomuzun inkişafı üçün əlindən gələni əsirgəməyib. Hazırda da Cənab Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yolunu davam etdirir. Kinomuzu yaşadır. İlham Əliyev kino işçilərinin yaşayışını daha da yaxşılaşdırmaq üçün evlərlə təmin edib. Hətta aktyorlarımız prezident təqaüdü alır".
Tədbirdə söz alan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov İlham Əliyevin gördüyü işlərdən danışıb: "Ölkə başçısı İlham Əliyevin Azərbaycana görə atdığı addımlar hər zaman uğurlu olub. Onun gördüyü işlər göz qabağındadır. İlham Əliyevin sayəsində ordumuz, mədəniyyətimiz, iqtisadiyyatımız inkişaf edir. Azərbaycan ölkələr sırasında öndədir. Mədəniyyət sayəsində çalışan insanlar hər zaman Cənab Prezident İlham Əliyevə dəstək olub. Hazırda da İlham Əliyevin yanındayıq".
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli mərasimdə ölkə başçısı ilə fəxr etdiyini bildirib: "Cənab Prezidnet İlham Əliyev mədəniyyət işçilərinə hər zaman böyük dəstək olub. Onun sayəsində sakit ölkənin vətəndaşlarıyıq. Beynəlxalq görüşlərdə ölkə başçısı İlham Əliyevi görəndə fəxr edirəm. Bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində səsimi İlham Əliyevə verəcəm".
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı tədbir çıxış edərək, Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğıdan söz açıb: "Bir çox ölkəni gəzmişəm. Lakin Azərbaycan kimi günü-gündən inkişaf edən ölkə görməmişəm. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan çiçəklənir və inkişaf edir. Azərbaycan ölkə başçısının səyi nəticəsində ölkələr arasında diqqət mərkəzindədir".
Qeyd edək ki, tədbir çıxışlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB