Qəbələ şəhəri İƏT Ölkələrinin Turizm Paytaxtı seçildi

Qəbələ şəhəri İƏT Ölkələrinin Turizm Paytaxtı seçildi

Xəbər verdiyimiz kimi, Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Turizm Nazirlərinin 10-cu Konfransında ölkəmiz təmsil olunur.

SİA-nın məlumatına görə, nazir müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakçı ölkələrin nümayəndələri ilə apardığı danışıqlar nəticəsində konfrans zamanı Qəbələ şəhəri 2020-ci il üçün İƏT Ölkələrinin Turizm Paytaxtı seçildi və İƏT Turizm Nazirlərinin 11-ci Konfransının Azərbaycanın sədrliyi ilə həmin il Qəbələdə keçirilməsi qərara alınıb. Həmçinin ölkəmiz İƏT Turizm Koordinasiyası Komitəsinə üzv seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə