Bilqeyis Məmmədova-Qarayeva haqqında xatirələr nəşr olunub

Bilqeyis Məmmədova-Qarayeva haqqında xatirələr nəşr olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Bilqeyis xanım Məmmədova-Qarayeva haqqında xatirələr. Mənalı ömrün salnaməsi” kitabı nəşr olunaraq musiqisevərlərin ixtiyarına verilib. SİA-nın məlumatına görə, bu kitab Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndəsi, həyatını pedaqogika və musiqi elminə həsr etmiş sənətkar Bilqeyis xanım Məmmədova-Qarayeva haqqındadır. Nəşrdə, həmçinin sənətkarın zəngin ömrünün bütün dövrlərini əhatə edən fotoşəkillər verilib.

Kitabın tərtibçi-redaktoru mərhum Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəqdir.

Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə