Telman Hacıyevin 80 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib- FOTO
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Telman Hacıyevin 80 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, yubiley gecəsində əməkdar incəsənət xadimləri bəstəkar Baba Vəziroğlu, Eldar Mansurov, Ağacəbrayıl Abbasəliyev, müğənni Yalçın Rzazadə və başqalrı iştirak edib.
Tədbirdə çıxış edən mərhumun qızı ABİ-nin məsul katibi, sənətşünaslıq namizədi Lalə Hacıyeva bildirib ki, belə sənətkarların siması hər zaman yadda qalacaq: "Onun yazdıqları bəstələr əsil sənət əsərləridir. T.Hacıyevin bəstələdiyi mahnılar hər zaman yaddaşlarda qalacaq. O son dərəcə alicənab insan idi".
Daha sonra isə əməkdar artist Ağacəbrayıl Abbasəliyev vurğulayıb ki, Telman Hacıyevlə vaxtında yaradıcılıq ünsiyyətləri olub: "Bizim ansambl Telman bəyin mahnılarını ifa edəcək. "Könlümün yadigarı", "Gəncəm", "Lalələr" və bir sıra bəstələri bugünkü konsertdə səslənəcək. Telmanın ən böyük uğuru ondan ibarət idi ki, onun həm melodik musiqili, həm də gözəl qarmonik çalarlı əsərləri var idi. O, musiqi ilə dolu bir bəstəkar idi. Onun "Lalələr" mahnısı həm İranda, həm də Türkiyədə ifa olunur. Bugünkü gecədə Muğam Teatrının solistlərinin ifaları yer alıb. Telman Hacıyev Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri olan sənətkardır. O ədəbi bəstəkar olub".
Baba Vəziroğlu qeyd edib ki, Telman Hacıyevin itkisini hələ də qəbul edə bilmir. "Onun uzun yaradıcılıq dövrü olub. Biz onunla demək olar ki, vaxtımızı bir yerdə keçirmişik. Bizim söhbətlərimiz də hər zaman yaradıclıqla bağlı olurdu. İndiki zamanda Telman Hacıyev daha tez-tez xatırlanır. Çünki onun o zaman bəstələdiyi musiqilər indi az-az səslənir. Bizim qulağımız o zamanın mahnılarına həsrət qalıb"-deyə o əlavə edib.
Daha sonra tədbirdə Telman Hacıyevin əsərləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB