Müslüm Maqomayev “Şah İsmayıl”la yad olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operası növbəti dəfə nümayiş olunub.

Teatrdan SİA-ya məlumat verilib ki, baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün xatirəsinə ithaf olunub.

Xalq Artisti, görkəmli müğənni Müslüm Maqomayevin 75 illiyi çərçivəsində təqdim edilən səhnə əsərində rolları Əməkdar artistlər Təyyar Bayramov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Ağayeva ifa ediblər.

Opera Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Həmişə olduğu kimi, bu dəfə də səhnə əsəri maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə