“National Geographic Traveler” mükafatının sağlamlaşdırıcı istirahət nominasiyasında

TurStat analitik agentliyi “National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermənin ilkin yekunlarını təhlil edib. SİA-nın məlumatına görə, Azərbaycan bu mükafatın “Sağlamlaşdırıcı istirahət” nominasiyasında ilk beşliyə daxildir. İsrailin liderlik etdiyi bu beşlikdə Almaniya, Sloveniya və İsveçrə də var.

Qəbələdəki “Chenot Palace” oteli “Ən yaxşı kurort oteli” nominasiyasında ilk beşliyə daxildir. Çimərlik istirahəti üçün Yunanıstan, ailəvi istirahət üçün Kipr, ekskursiya turizmi üçün İtaliya, dağ xizəkçiliyi üçün Avstriya, macəra turizmi üçün Argentina, ekzotik turizm üçün Yaponiya, qastronomik və aqrar turizm üçün Gürcüstan liderlik edir. Çin isə “ilin kəşfi” sayılır.

Rusiyada sağlamlaşdırıcı istirahət üçün Altay diyarı irəlidə gedir. Bu ölkədə macəra tipli istirahət üçün Kamçatka, ekoloji turizm üçün Xakasiya, ekskursiya tipli turizm üçün Leninqrad vilayəti liderdir.

“National Geographic Traveler Awards 2017” mükafatına internet-səsvermə mayın 22-dən oktyabrın 15-dək Nat-Geo.Ru saytında aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə