“Unudulmuş yeməklər” adlı növbəti yemək festivalı keçiriləcək

“Unudulmuş yeməklər” adlı növbəti yemək festivalı keçiriləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq Bakı sakinlərini və şəhərimizin qonaqlarını rəngarəng festivallarla sevindirməyə davam edir. SİA-nın məlumatına görə, 1,2,3 sentyabr tarixlərində İçərişəhərdə “Unudulmuş yeməklər” adlı növbəti yemək festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı abu-havası yaradaraq bayram təntənəsini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə qeyd etməkdir. Festival iştirakçılarının hazırlanmasında və təqdimatında iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı eyni zamanda Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulmuş zənginliklərini nümayiş etdirərək xalqımızın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər kəsi 3 gün müddətində İçərişəhərin tarixi küçələrində milli mətbəxin unudulmuş ləzzətlərini dadmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə