Şəkinin “Qala Divarları ”ərazisində konsert proqramı baş tutub FOTOLAR

Şəkinin “Qala Divarları ”ərazisində konsert proqramı baş tutub FOTOLAR

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən yay mövsümü dövründə mədəni xidmətlərin təşkilinə dair tədbirlər planına əsasən M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin tabeliyində olan Qaratorpaq kənd folklor klubu və Baş Küngüt kənd diyarşünaslıq evi “Qala Divarları ”ərazisində səhər saatlarından başlayaraq günün sonuna kimi konsert proqramı ilə çıxış ediblər. SIA-nın məlumatına görə, Şəki sakinləri ilə yanaşı bölgələrdən gələn turistlər də konsertdə yaxından iştirak ediblər. Qaratorpaq kənd folklor klubunun və Baş Küngüd kənd diyarşünaslıq evinin bədii özfəaliyyət kollektivləri maraqlı və yaddaqalan çıxışları ilə xarici ölkələrdən gələn turistlərin diqqətini cəlb etməyi bacarıblar. Baş Küngüd kənd diyarşünaslıq evinin rəqs dərnəyi və idman həvəskarlarının göstərdikləri səhnələr tədbiri daha da maraqlı edib.

Ətrafda yaşayan sakinlər xüsusilə də gənclər konsertdə maraqlı rəqs nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə