Azərbaycan dili gününə həsr edilmiş kitab sərgisi açılıb

Azərbaycan dili gününə həsr edilmiş kitab sərgisi açılıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya bildirilib ki, tədbirdə direktor müavini Ədibə İsmayılova və kitabxananın şöbə müdirləri Rəna Əsədova, Gülər Hüseynova Azərbaycan dili və əlifbasının tarixindən və zənginliyindən söz açıblar. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə