Daha üç film 2011-ci ilin əvvəlində tamamlanacaq

Üzərində tamamlanma işləri aparılan "Qardaşdan yaxşısı yox imiş" filmi gələn ilin əvvəlinə kimi tamamlanacaq. SİA-nın məlumatına görə, filmin rejssoru Murad İbrahimbəyov, ssenari müəllifi isə Maqsud İbrahimbəyovdur. Filmin çəkilişləri İçərişəhərdə, Buzovnada, Şəkidə, Sibirdə və Bolqarıstanda aparılıb. Ekran əsəri Maqsud İbrahimbəyovun "Qardaşdan yaxşısı yox imiş" hekayəsi əsasında lentə alınıb.

Bu il istehsalata buraxılan "Tərsinə çevrilmiş dünya" (rejissor Ənvər Əbluc, ssenari müəllifi Çingiz Abdullayev) və "Qisas almadan ölmə" (rejissor Oqtay Mirqasımov) filmlərinin üzərində də çəkiliş prosesi davam edir. Bu filmlər 2011-ci ilin fevral ayına qədər hazır olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə