"Art Gallery"də "Fransada bir gün" (Un jour en France) adlı rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi "Arts Concil Azerbaijan" qeyri-hökumət təşkilatının və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb. Sərgidə bir sıra azərbaycanlı rəssamın Fransa ilə bağlı əl işləri təqdim olunub. Bu dəfə gənc rəssamlar sözügedən ölkə haqqında öz hiss və duyğularını sənət əsərləri vasitəsi ilə nümayiş etdiriblər. Sərginin kuratoru gənc rəssam Xatəm Əlizadədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB