“Bir pəncərə” təqdim edildi FOTOLAR

“Bir pəncərə” təqdim edildi FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1255 nömrəli "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrası ilə əlaqədar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir pəncərə" İxraca Dəstək Mərkəzinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bilidirib ki, "Bir pəncərə" İxraca Dəstək Mərkəzi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verəcək.

"Bir pəncərə" İxraca Dəstək Mərkəzində digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyin nümayəndəsi fəaliyyət göstərəcək və informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsini təşkil edəcəkdir.

Həmin Mərkəz mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatının və digər malların ixracına razılıq verilməsini təmin edəcək.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, İqtisadiyyat Nazirinin müavini Sahil Babayev, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Kənd təsərrüfatı nazirini müavini Seyfəddin Talıbov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmmməd Musayev çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə