"Eurovision-2017" üçün Kiyevə 60 min turist gəlib

"Eurovision-2017" üçün Kiyevə 60 min turist gəlib

Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinə 60 min turist gəlib. SİA-nın məlumatına görə, bunu Kiyev şəhər Dövlət Administrasiyasının Turizm İdarəsinin rəhbəri Anton Taranenko deyib.

Onun sözlərinə görə, turistlərin 20 mini xarici, 40 mini isə yerli turistlərdir.

Xatırladaq ki, "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi bu gün yerli vaxtla 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq. Finalda 26 ölkənin təmsilçisi iştirak edəcək.

Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) 12-ci sırada çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə