Rostropoviç Festivalı yenidən Bakıda

Rostropoviç Festivalı yenidən Bakıda

Aprelin 23-dən 27-dək Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival Azərbaycan Prezidentinin "Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında" müvafiq Sərəncamına əsasən təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər - Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, "Vyana-Berlin" Kamera Orkestri, "Drezden Ştaatskapella", SSRİ Xalq Artisti Yuri Temirkanov və başqaları iştirak edəcəklər.

Festivala aprelin 23-də filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə