ATMU ilə ÇXR Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

ATMU ilə ÇXR Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Turizm və Menecment Universiteti ilə (ATMU) Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, ATMU-nun rektoru vəzifəsini icra edən s.ü.f.d., dos.Eldar Aslanov müqavilənin imzalanması mərasimindən öncə ölkəmizdə turizm sektorunun dinamik inkişafında turizm təhsilli ixtisaslı kadr hazırlığının əhəmiyyətindən, universitetin beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan danışıb.Qeyd edilib ki, iki qurum arasında imzalanacaq müqavilənin şərtlərinə müvafiq olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə Çin Xalq Respublikasının turizm təmayüllü tədris müəssisləri arasında əməkdaşlıq əlaqələri qurulacaq. ATMU tələbələri Çin Xalq Respublikasının nüfuzlu otellərində təcrübə keçmək imkanı qazanacaqlar. Qarşılıqlı razılaşmaya əsasən 2017 ci ilin sonuna qədər Çin Xalq Respublikasında turizm təhsili üzrə ixtisaslşan universitetlərlə ilkin əməkdaşlıq əlaqələrinin müəyyyənləşdirilməsi və ikitərəfli anlaşmaların imzalanması nəzərdə tutulur.

Konfutsi İnstitutunun rəhbəri xanım Li Tizixua ATMU-da səmimi qarşılandıqlarına görə təşəkkürünü bildirdi. Rəhbərlik etdiyi qurum arasında bağlanacaq əməkdaşlıq müqaviləsinin humanitar körpü kimi əhəmiyyətli rol oynayacağına ümid etdiyini deyib.

Azərbaycan Turizm və Menecment Universiteti ilə Çin Xalq Respublikasının Konfutsi İnstitutu arasında əməkdaşlıq müqaviləsini ATMU-da rektor vəzifəsini icra edən s.ü.f.d., dos.Eldar Aslanov və Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) Konfutsi İnstitutunun rəhbəri xanım Li Tizixua imzalayıblar.

Qonaqlar ATMU-nun Dil Mərkəzində Çin dili ilə bağı yaradılan hissənin fəaliyyəti ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə