Doqquz şahmatçımız Avropa çempionatında

Latviyanın paytaxtı Riqada qadın şahmatçılar arasında Avropa çempionatı start götürür. Qadınların turnirində 33 ölkədən 146 iştirakçı, o cümlədən FIDE-nin beynəlxalq titullarına sahib olan 125 şahmatçı iştirak edir.

Azərbaycanı 9 şahmatçı təmsil edir. Turnirə qatılan 75 qrossmeysterdən dördü azərbaycanlıdır: Günay Məmmədzadə, Xəyalə Abdulla, Zeynəb və Türkan Məmmədyarova bacıları. Onlarla bərabər, beynəlxalq dərəcəli ustalar Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Nərmin Məmmədova, FIDE ustaları Xanım Balacayeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə 11 turdan ibarət olan Avropa çempionatı aprelin 11-dən 22-dək keçiriləcək.

Hazırda iştirakçıların start siyahısına Ukrayna təmsilçiləri Anna və Mariya Muzıçuk bacıları başçılıq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə