Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdaş rayon nümayəndəliyində Zona Müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan müşavirəni Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Tahir Əliyev açaraq mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən söz açmış, problemlər və görüləcək işlər haqqında ətraflı çıxış edib. SİA-nın məlumatına görə, zona Müşavirəsində iştirak edən Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Göyçay, Ucar və Zərdab rayonları üzrə nümayəndələri, Regional İdarənin məsləhətçiləri və mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək 2017-ci il də görüləcək işlər haqqında ətraflı fikir söyləyib və mövcud problemlərə dair fikir mübadiləsi aparılıb. Sonda İdarə rəisi müəssisə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaqları və mədəniyyət müəssisələri arasında iş və təcrübə mübadilələrinin aparılmasına dair tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə