Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən Şəmkir şəhərində Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Höccət Əsədullayev, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarını təmsil edən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Nazirliyin Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilmiş, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilib.
Müşavirədə işə qəbul zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət ocaqlarının fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi, regionun müəssisələri arasında təcrübə mübadiləsinin aparılması, maliyyə intizamına nəzarət və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanıb.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB