Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatında seminar keçirilib FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin və Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) təşkilatçılığı ilə iqtisadiyyat, ekologiya və təbii sərvətlər, kənd təsərrüfatı, nəqliyyat, təhsil nazirliklərinin və turizm sənayesi nümayəndələrinin iştirakı ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (JİCA) ikinci missiyası çərçivəsində turizm sektorunun inkişafına dair seminar keçirilib. SİA-nın məlumatına görə, seminar zamanı Azərbaycanın turizm sənayesinin mövcud vəziyyətinə dair fikir mübadiləsi aparılmış, turizm məkanlarının idarə edilməsi və ölkənin turizm baxımından təbliği ilə bağlı Yaponiyanın təcrübəsinə dair təqdimatlar göstərilmiş, həmçinin, missiya iştirakçıları tərəfindən 1-ci missiya zamanı aparılan tədqiqatların nəticələri təqdim olunub.
Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təqdimatı keçirilib.
Qeyd edirik ki, missiyanın yekununda Yaponiya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (JİCA) öz qrant vəsaiti hesabına Azərbaycanın turizm sənayesinin inkişafına dair layihə təklifi hazırlayıb təqdim edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB