Sevda Məmmədəliyeva Gürcüstana səfər edəcək

Sevda Məmmədəliyeva Gürcüstana səfər edəcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun 30-31 yanvar 2017-ci il tarixində Tbilisi şəhərində keçiriləcək ikinci iclasında iştirak məqsədilə nazir müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstana səfər edəcək. SİA-nın məlumatına görə, 16 mart 2016-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi arasında işçi qrupun ilk iclası keçirilib. Gürcüstan tərəfi ilə danışıqların nəticəsi olaraq, adıçəkilən işçi qrupun 2-ci iclasının 2017-ci ilin 30-31 yanvar tarixində Tbilisi şəhərində təşkili qərara alınıb.

İclasda iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivlərin, həmçinin gündəlikdə duran digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Bununla yanaşı, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə 2017-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı danışıqların aparılması planlaşdırılır. Səfər çərçivəsində Gürcüstanın tarixi abidələrinə baxış və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə