Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi və aktyor, xalqın sevimlisi olan əməkdar artist Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, Ənvər Əbluc ömrünün 40 ilini Azərbaycan kinosuna bağlayaraq bir-birindən maraqlı neçə-neçə filmə quruluş verib. Onun "Firəngiz", "Qara gölün cəngavərləri", "Bircəciyim", "Pəncərə", "Ağ atlı oğlan", "Tərsinə çevrilmiş dünya" kimi bədii filmləri istər bədii keyfiyyət, istərsə də sənətkarlıq baxımından seçilir. O, eyni zamanda "Mozalan" satirik kinojurnalının bir neçə süjeti, "Körpü" sənədli filmi kimi televiziya əsərlərinin də müəllifidir. Onun yaratdığı filmlərin hər biri yeni söz, yeni ifadə, yeni baxış, milli kinomuza bəxş etdirilmiş gözəl töhfələrdir.
Ənvər Əbluc, məharətlə səsləndirdiyi "Tehran - 43", "Şeytan göz qabağında", "Sibiriada", "Firəngiz" və bunun kimi bir sıra filmlərdə dublyaj aktyoru kimi Azərbaycan kino tarixində özünəməxsus yer tutub.
Onun bir pedoqoq kimi yetişdirdiyi gənclərin bu gün qazandıqları uğurlar fəxr ediləsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB