"YARAT" Müasir İncəsənət Mərkəzində İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə ustad dərsləri təşkil olunub. SİA-nın məlumatına görə, dünyaca məşhur fotoqraf ustad dərsləri çərçivəsində moda fotoqrafiyası və aspektləri haqqında danışaraq dünyanın ən əla brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşüb. Mühazirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maraq doğuran məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bir sıra dünya şöhrətli şəxslərin portretini çəkməklə populyarlıq qazanan fotoqraf hazırda dünyanın ən məşhur moda brendləri ilə əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB